media-inshot_20260410_101608774

“İnstagram” platformasında istifadəçilərin uzun müddətdir gözlədiyi mühüm yenilik tətbiq olunub.

Patrul.az-ın məlumatına görə, artıq istifadəçilər paylaşımların altında yazdıqları şərhləri sonradan redaktə edə biləcəklər.

Yeni qaydalara əsasən, şərh paylaşıldıqdan sonra yalnız 15 dəqiqə ərzində ona düzəliş etmək mümkündür. Bu müddət bitdikdən sonra şərhi dəyişmək mümkün olmayacaq və istifadəçi onu silərək yenidən yazmalı olacaq.

Redaktə edilmiş şərhlərin yanında şəffaflığı təmin etmək məqsədilə xüsusi “Edited” (Redaktə edildi) işarəsi görünəcək. Bununla digər istifadəçilər şərhin dəyişdirildiyini anlayacaqlar, lakin ilkin mətn və dəyişiklik tarixçəsi görünməyəcək.

Şərhi redaktə etmək üçün istifadəçilər yazdıqları mətnin üzərinə toxunub saxlamalı, açılan menyudan “Edit” (Redaktə et) seçimini etməlidirlər.

Qeyd edək ki, “Meta Platforms” bu funksiyanı daha əvvəl “WhatsApp” və “Facebook” platformalarında da tətbiq etmişdi. Yeni funksiya artıq qlobal şəkildə mərhələli olaraq istifadəçilərə təqdim olunur.

Gülbəniz Səfərova


Bənzər xəbərlər