media-inshot_20260407_192555795

“İran ABŞ ilə bütün diplomatik və dolayı əlaqə kanallarını bağlayıb”.

Patrul.az xəbər verir ki, bu barədə İranın rəsmi dövlət mediası olan “Tehran Times” qəzeti məlumat yayıb.

Nəşrdə Tehranın hətta sosial media platformaları vasitəsilə Vaşinqtonla olan qeyri-rəsmi təmasları da tamamilə dayandırdığı vurğulanıb:

“Həmçinin bütün mesaj mübadiləsi dayandırılıb”.

Məlumata görə, atəşkəs üçün Pakistan, Misir və Türkiyədəki aktiv kanallar bağlanıb və hər cür mesaj mübadiləsi dayandırılıb.

Qeyd edək ki, bu addım ABŞ və İsrailin İranın enerji və neft-kimya infrastrukturuna hücumundan sonra, həmçinin İranın “sahədə üstün tərəf olması” səbəbilə atılıb.

media-inshot_20260407_192949165

Gülbəniz Səfərova


Bənzər xəbərlər