İran ABŞ ilə danışıqların ikinci mərhələsindən imtina etdi
İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirakdan imtina edib.
Patrul.az xəbər verir ki, bu barədə İslam Respublikası Xəbər Agentliyi (İRNA) məlumat yayıb.
Bildirilib ki, danışıqların davam etdirilməsinə ABŞ-nin həddindən artıq tələbləri, əsassız və qeyri-real istəkləri, eləcə də mövqelərdə təkrarlanan dəyişikliklər və ziddiyyətli bəyanatlar mane olub.
“Mövcud şəraitdə məhsuldar danışıqlar üçün hər hansı aydın perspektiv görünmür”, – deyə vurğulanıb.






