media-inshot_20260303_092607347

28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran “Əsl vəd 4” əməliyyatına başlayıb. 

ABŞ-İsrail-İran üçlüyünün arasındakı bu gərginlik barədə politoloq Aytən Qurbanova Patrul.az-a şərh edib:

“İsrail və ABŞ-nin İrana hücumu, bu kontekstdə əks-hücumun həyata keçirilməsi, o cümlədən, qisas əməliyyatı ilə bağlı səsləndirilən bəyanatlar onu deməyə əsas verir ki, bu vəziyyət ən azından bir neçə gün davam edəcək. Xüsusilə İranın ali dini lideri Əli Xameneinin öldürülməsini nəzərə alsaq, İran mütləq şəkildə bu olanlara cavab reaksiyası vermək və daha sonra danışıqlara davam etmək nöqteyi-nəzərindən çıxış edə bilər”.

media-inshot_20260303_092424088

A.Qurbanovanın sözlərinə görə, digər tərəfdən İran daxilində hakimiyyət böhranı və vahid idarəedici hakimiyyətin olmaması ciddu şəkildə problem yaradan məqamlardandır:

“Çünki ali dini liderə bağlı olan mərkəzi hakimiyyət artıq bir neçə istiqamətdə fərqli qollara ayrılıb. Eyni zamanda ABŞ-nin prezidenti Donald Trampın hazırda İran üçün üç əsas lider namizədinin olması ilə bağlı səsləndirdiyi bəyanat, lakin onların adlarının hallandırılmaması göstərir ki, bu, İran daxilində ciddi fikir ayrılıqlarına və etimadın zədələnməsinə səbəb ola bilər. Ona görə ki ABŞ və İsrailin agentlərinin İranda olması və bu fonda təhlükəsizlik boşluğunun yaranması nəticəsində bu gün İran həm ali dini liderin ölümü ilə sonlanan hücuma məruz qalmış ola bilər. Bundan sonrakı mərhələdə İran-ABŞ-İsrail münasibətləri region üçün ciddi təhdidlər yaradır”.

Ləman Sərraf


Bənzər xəbərlər