media-inshot_20260331_233347632

“Biz atəşkəsi qəbul etmirik; biz təkcə İranda deyil, bütün regionda müharibələrə tamamilə son qoyulmasını istəyirik”.

Patrul.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Əl-Cəzirə” telekanalına verdiyi müsahibəsində deyib.

O, Tehran hökumətinin müharibənin bitməsi ilə bağlı əsas iki şərtini açıqlayıb:

“Tehranın şərtləri məlumdur: İrana hücumun təkrarlanmayacağına zəmanət və dəymiş ziyana görə kompensasiya”.

İran rəsmisi həmçinin bildirib ki, qarşı tərəfin davranışından asılı olaraq qurudan əməliyyatları dayandırmağa hazırdır:

“Biz istənilən quru işğalını dəf etməyə hazırıq. Ümid edirəm ki, düşmən səhv hesablamaya yol verməz”, – deyə nazir əlavə edib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-dən etibarən İrana qarşı birgə hərbi əməliyyatlara başlayıb. İsrail hücumun məqsədinin Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq olduğunu bildirib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər