İran Ermənistana körpü hədiyyə etdi - FOTOLAR
İran Ermənistana piyada körpüsü hədiyyə edib.
Patrulaz.az xəbər verir ki, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Tavuş vilayətinin Ayrım şəhərindəki stansiyada piyada körpüsü quraşdırılıb.
Qeyd olunur ki, stansiyadakı əvvəlki körpü ötən ilin may ayında Debed çayının daşması nəticəsində dağılıb.
Nazirlik əlavə edib ki, yeni metal körpü İran İslam Respublikası tərəfindən Ermənistana hədiyyə edilib.







