media-inshot_20260331_124508593

İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsrail ilə davam edən müharibənin yekunlaşması şərtləri və mövcud hərbi vəziyyət barədə açıqlama verib.

Patrul.az xəbər verir ki, o, bu barədə Nazirlər Kabinetinin iclası zamanı danışıb.

İran lideri iclas zamanı müharibənin sonunun İranın maraqlarına uyğun şəkildə başa çatacağını bildirib:

“Müharibənin sonu ilə bağlı hər hansı qərar yalnız bütün qeyd olunan şərtlər nəzərə alınmaqla və böyük İran xalqının ləyaqətinin, təhlükəsizliyinin və maraqlarının təmin edilməsi çərçivəsində qəbul ediləcək”.

Pezeşkian həmçinin  İran Silahlı Qüvvələrinin ölkənin qətiyyətli müdafiəsində və təcavüzkarlarla güclü qarşıdurmada göstərdikləri şücaəti yüksək qiymətləndirərək, onların müqavimətini və səylərini millətin qürurlu tarixində “qızıl bir fəsil” adlandırıb.

Xatırladaq ki, 28 fevral tarixində ABŞ və İsrailin birgə zərbələri nəticəsində İranın ali dini lideri Ayətullah Əli Xamenei və bir neçə yüksək rütbəli hərbi komandirlər həlak oldular.

Buna cavab olaraq, İran regional bazalarda ABŞ və İsrail mövqelərini raket və dronlarla hədəfə alıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər