İran Prezidenti Məsud Pezeşkian Ermənistanda səfərdədir
İran Prezidenti Məsud Pezeşkian Ermənistanın Baş naziri Nikol Paşinyanın dəvəti ilə bu gün rəsmi ikitərəfli səfər çərçivəsində İrəvana gəlib.
Patrulaz.az xəbər verir ki, ISNA-nın məlumatına görə, Pezeşkianı hava limanında Ermənistanın Baş naziri və Xarici işlər nazirinin müavinləri qarşılayıblar.
Səfər proqramına Ermənistanın Baş naziri və Prezidenti ilə görüşlər daxildir. Həmçinin iki ölkə arasında bir sıra əməkdaşlıq sənədlərinin imzalanacağı gözlənilir.






