İran sərhədində Əfqanistan vətəndaşları güllələndi
İran-Əfqanıstan sərhədində İran hərbçiləri əfqan vətəndaşlara atəş açıblar.
Patrulaz.az “Azad İran” telegram kanalına əsasən xəbər verir ki, hadisə nəticəsində 27 yaşlı Əbdulmannan Nurzehi həyatını itirib, digər əfqan isə yaralanıb.
Məlumata görə, atəş xəbərdarlıq edilmədən açılıb.
Qeyd edək ki, ölən Əbdulmannan daha əvvəl İrandan deport olunmuşdu, bu dəfə isə ailəsini Əfqanıstana aparmaq üçün geri qayıtmışdı. Onun cəsədi sərhəd zonasında qaldıqdan sonra Nimruz şəhərinə aparılıb.
Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.
Gülbəniz Səfərova






