media-1677566523_2a27d5d3b4005c3866c1eb9cffbd3f60_xl

İran şirkəti Ermənistanın Sünik vilayətində genişmiqyaslı yol və tunel tikintisi işlərinə başlayıb.

Patrulaz.az xəbər verir ki, bu barədə iyulun 10-da Ermənistan hökumətinin iclasında ölkənin regional idarəetmə və infrastruktur naziri Davit Xodatyan məlumat verib.

Nazirin sözlərinə görə, Şimal–Cənub Yol Dəhlizinin Kacaran–Aqarak hissəsində İran şirkəti tərəfindən yol, tunel və körpü tikintisi aparılır. Artıq birinci tunelin qazıntı işləri başa çatıb, yaxın günlərdə isə ikinci tunelin inşasına başlanılacaq.

Xodatyan bildirib ki, bu marşrut üzrə yerüstü körpülər və yol ötürücülərinin tikintisi də nəzərdə tutulur.


Bənzər xəbərlər