media-inshot_20250818_045621528

İranın ali rəhbəri Əli Xameneyinin köməkçisi və baş müşaviri Yəhya Rəhim Səfəvi regiondakı gərginliklə bağlı sərt açıqlama verərək, İsraillə hər an müharibənin başlayacağı barədə xəbərdarlıq edib.

Patrulaz.az “Azad İran” teleqram kanalına əsasən xəbər verir ki, onun sözlərinə görə, Tehran diplomatik, media, raket, dron və kiber hücum sistemlərini gücləndirməlidir:

Biz indi atəşkəsdə deyilik, biz müharibədəyik. Bu məsələ istənilən vaxt həll oluna bilər. Bizimlə ABŞ və İsrail arasında heç bir protokol, qayda və saziş imzalanmayıb”, – Səfəvi bildirib.

O həmçinin orduda müxtəlif ssenarilərin hazırlandığını, ən pis ehtimalların nəzərə alındığını diqqətə çatdırıb:

“Biz orduda ssenarilər yaradırıq, ən pisini görürük və onu planlaşdırırıq”.

İran İsraillə yeni müharibə ehtimalının yüksək olduğunu, lakin bu qarşıdurmadan sonra uzunmüddətli sülhün də mümkünsüz sayılmadığını vurğulayıb.

Müşavirin sözləri İran–İsrail münasibətlərində gərginliyin daha da artdığını göstərir.

Qeyd edək ki, İsrail hərbi kəşfiyyatının keçmiş İran bölməsi rəhbəri Dennis Sitrinoviç İranın hazırkı vəziyyətini “yeni hərbi qarşıdurma doğura biləcək strateji dilemma” kimi dəyərləndirmişdi.

 


Bənzər xəbərlər