“İran Xameneinin qisasını alacaq”
“İran Xamenei və komandirlərinin qisasını alacaq”.
Patrul.az xəbər verir ki, bunu İran parlamentinin vitse-spikeri Əli Nikzad deyib.
“Bu qisas uyğun vaxtda və uyğun yerdə, diqqətli planlaşdırma ilə həyata keçiriləcək və düşmənlərimiz öz əməllərinə görə yüksək bədəl ödəməyə hazır olmalıdır”, – deyə o vurğulayıb.
O əlavə edib ki, uranın zənginləşdirilməsi yalnız “dinc məqsədlər” üçün aparılır və bunu İranın “mütləq hüququ və aydın qırmızı xətti” adlandırıb, bunun müzakirə mövzusu olmadığını bildirib.
İranlı deputat həmçinin qeyd edib ki, İran Livan, Yəmən, İraq və Suriyada müttəfiq qüvvələri dəstəkləməyə davam edəcək.






