media-inshot_20260406_174130929

İran martın 5-də Naxçıvana edilən dron hücumları ilə bağlı açıqlama verib.

Patrul.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bu gün keçirilən mətbuat konfransında Azərbaycanın Naxçıvan bölgəsinə dron hücumları ilə bağlı anlaşılmazlıqların artıq həll olunduğunu bildirib.

Bəqayi bu hadisələri “saxta bayraq əməliyyatı” adlandıraraq, İran tərəfinin Azərbaycan və Türkiyə ərazilərinə heç bir raket və ya artilleriya zərbəsi endirmədiyini vurğulayıb.

O əlavə edib ki, yaranan hər hansı anlaşılmazlıq İran və Azərbaycan prezidentləri, habelə xarici işlər nazirləri arasında aparılan dialoqlar vasitəsilə aradan qaldırılıb.

Sözçünün sözlərinə görə, Tehran bu istiqamətdə hər hansı atəş açılmadığını rəsmi şəkildə təsdiqləyib və iki ölkə arasında artıq tam anlaşma əldə olunub.

Qeyd edək ki, İran rəsmisi Türkiyə ilə yaranan oxşar vəziyyətin də dialoq yolu ilə həll olunduğunu bildirib.

Xatırladaq ki, 5 mart 2026-cı ildə Naxçıvan Beynəlxalq Hava Limanına, eləcə də Babək rayonunun Şəkərabad kəndində yerləşən tam orta məktəbin yaxınlığına bir neçə dron zərbəsi endirilmişdi. Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb.


Bənzər xəbərlər