media-inshot_20260421_101045479

“İran ya danışıqlar aparacaq, ya da nəticələrlə üzləşəcək”.

Patrul.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp verdiyi müsahibəsində deyib.

O, İranı danışıqlara təşviq edərək müharibənin çox yaxın ola biləcəyini bildirib:

“Onlar danışıqlar aparacaqlar və əgər bunu etməsələr, əvvəllər heç vaxt görmədikləri problemlərlə qarşılaşacaqlar”, – deyə ABŞ Prezidenti vurğulayıb.

O, İranın nüvə əldə etməsi məsələsinə də toxunub:

“Gələcəkdə əldə ediləcək hər hansı bir razılaşma İranın nüvə silahı əldə etməməsini təmin edəcək. Vaşinqton Tehranın bu cür imkanları əldə etməsinə heç bir yol verməyəcək”.

Xatırladaq ki, bazar günü ABŞ-nin Oman körfəzində İrana məxsus tanker gəmisini ələ keçirməsindən sonra Tehran hökuməti danışıqların ikinci mərhələsinə qoşulmaqdan imtina edib.


Bənzər xəbərlər