media-inshot_20251229_232924655

“İran yenidən silahlanmağa çalışarsa, ABŞ onu məhv edəcək”.

Patrul.az “Sky News”a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Floridada İsrailin Baş naziri Benyamin Netanyahunu qarşılayarkən jurnalistlərin suallarını cavablandıran zaman deyib.

Onun sözlərinə görə, Netanyahu ilə görüş zamanı İsrailin İranın yenidən silahlanması ilə bağlı narahatlıqları danışıqların gündəliyində əsas mövzulardan biri olacaq:

“Eşitdiyimə görə, İran yenidən güclənməyə çalışır və əgər belə etsə, biz onları dayandırmalı olacağıq. Dayandıracağıq və tamamilə məhv edəcəyik”, – deyə Tramp bildirib.

Tramp çıxışı zamanı həmçinin İranın razılaşma əldə etmək istədiyini və bu düşüncənin də ağıllı addım olduğunu qeyd edib:

“Amma ümid edirəm ki, bu baş verməyəcək. Eşitmişəm ki, İran razılaşmaq istəyir. Əgər onlar razılaşmaq istəyirlərsə, bu daha ağıllı hərəkətdir. Bilirsiniz, ötən dəfə biz onlara böyük hücum etməzdən əvvəl də razılaşa bilərdilər. Düşünürəm ki, yenə də razılaşma əldə etməlidirlər. Onlar razılaşmaq istəyirlər, amma bəzən bu baş vermir”.

Qeyd edək ki, bu gün ABŞ-nin Florida ştatında yerləşən Mar-a-Lago kurortunda Prezident Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahunu qarşılayacaq.


Bənzər xəbərlər