İranda 100-dən çox UNESCO siyahısına daxil olan abidələr zərər görüb
ABŞ və İsrailin bombardmanları nəticəsində İranda təxminən 160 mədəni irs obyekti zərər görüb.
Patrul.az xəbər verir ki, bu barədə İranın UNESCO üzrə Milli Komissiyasının baş katibi Həsən Firtusi məlumat verib.
Onun sözlərinə görə, UNESCO nümayəndələri bölgədəki qeyri-sabit və əlverişsiz vəziyyət səbəbindən hələ də ölkəyə dəymiş ziyanı qiymətləndirmək üçün beynəlxalq missiyalar göndərə bilməyiblər.
Dağıntıların miqyasına görə Tehran əyaləti ön sıradadır. Burada 50-dən çox tarixi bina və muzey zərər görüb.
Tehrandakı Gülüstan sarayı, İsfahandakı Çəhəl Sütun sarayı və Cümə məscidi kimi unikal abidələrdə ciddi zədələnmələr qeydə alınıb.
Məlumata görə, zərər çəkmiş obyektlər arasında yalnız yerli əhəmiyyətli tikililər deyil, həm də UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan bəşəriyyətin ortaq irsi sayılan abidələr yer alır.
Gülbəniz Səfərova






