media-inshot_20250827_175912930

Avqustun 22-də İranın Sistan və Bəluçistan əyalətində, İranşəhr şəhərində polis avtomobilinə hücum edən şəxslərə qarşı İran Polis Komandanlığı (FƏRACA) əməliyyat keçirib.

Patrulaz.az-ın “Azad İran”a istinadən məlumatına görə, əməliyyat zamanı 14 silahlı zərərsizləşdirilib. Ölənlərdən biri polis, 13-ü isə silahlı qruplaşmanın üzvü olub.

Qarşıdurma səhər saat 5-dən 10-dək davam edib və gərgin anlarla müşayiət olunub. Görüntülərdə İran polisinin silahlı şəxsləri zərərsizləşdirməsi əks olunub.

Xatırladaq ki, “Ceyş ül-Ədl” qruplaşması  hücumdan sonra 5 polisi öldürdüklərini etiraf edərək, hadisənin görüntülərini yaymışdı.

Qeyd edək ki, bu qruplaşma İranın etnik və dini separatçı qruplarından biridir və ölkədə dövlət qüvvələrinə qarşı silahlı əməliyyatlar həyata keçirir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər