İranda ailəvi faciə: 10 nəfəri güllələyib, intihar etdi
İranın Gülüstan əyalətinin Amol şəhərində ailə münaqişəsi qanlı faciə ilə nəticələnib.
Patrulaz.az xəbər verir ki, Ettelaat nəşrinin məlumatına görə, ailə başçısı əvvəlcə həyat yoldaşını və iki övladını güllələyərək öldürüb. Daha sonra qayınatası, iki baldızı, bacanağı və onun azyaşlı oğlunu da qətlə yetirib. Hadisə zamanı üç nəfər ağır yaralanıb.
Şahidlərin sözlərinə görə, cinayətkar hadisədən sonra özünə atəş açaraq intihar edib. İlkin ehtimallara görə, qətl ailədaxili münaqişə zəminində törədilib.
Qeyd edək ki, bu, son aylarda İranda baş verən ən dəhşətli ailəvi qətllərdən biri sayılır.
Gülbəniz Səfərova






