media-inshot_20250723_193229566

İranın müxtəlif bölgələrində baş verən müəmmalı partlayışlar və yanğınlar ölkə rəsmilərini narahat edib.

Patrulaz.az “The New York Times”a əsasən xəbər verir ki, son bir ayda İranın infrastruktur obyektlərində, yaşayış binalarında və sənaye müəssisələrində ardıcıl partlayışlar qeydə alınıb. Bu hadisələrin bəzilərində insan itkisi də olub.

İran rəsmiləri, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunun üzvü iddia edib ki, bu partlayışların arxasında İsrailin kəşfiyyat xidməti olan Mossad dayanır:

“Onlar ölkədə xaos və qorxu yaratmağa çalışır”, – deyə mənbələrdən biri bildirib.

Qeyd edək ki, hazırda İsfahanın Xomeynişəhr bölgəsində dağətəyi ərazidə yerləşən bazada partlayış baş verir.

Həmin görüntüləri təqdim edirik:

 


Bənzər xəbərlər