İranda ardıcıl zəlzələlər oldu
İranda ardıcıl zəlzələ olub.
Patrulaz.az “Azad İran”a əsasən xəbər verir ki, oktyabrın 30-da səhər saatlarında İranın Hörmüzqan əyalətinin Parsian şəhəri yaxınlığında ardıcıl 3,3 və 3,5 bal gücündə zəlzələ qeydə alınıb.
Məlumata görə, təkanlar təxminən 25 dəqiqə fasilə ilə baş verib. İlk zəlzələnin saat 03:18-də, 8 kilometr dərinlikdə, ikincisinin isə 03:40-da eyni episentrdə qeydə alındığı bildirilib.
Qeyd edək ki, zəlzələ nəticəsində dağıntı və ya insan itkisi barədə hələlik məlumat yoxdur.






