İranda bu dəfə polis bölməsinə hücum edildi - VİDEO
İranda bu dəfə polis bölməsinə hücum edilib.
Patrulaz.az “Azad İran” teleqram kanalına əsasən xəbər verir ki, İranın Dinc şəhərində fəaliyyət göstərən polis idarəsi binasının qapısına zərər vurulub.
Belə ki, səhər saatlarında bir nəfər traktoru ilə polis qərargahının qapısını qırmağa cəhd göstərib.
Hadisə nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları əməli törətmiş sürücünü, hadisə yerində olan iki qardaşı ilə birlikdə həbs edib.
Xatırladaq ki, avqustun 22- də İranın Bəluçistan əyalətinin İranşəhr şəhərində polis avtomobilinə edilən hücum nəticəsində 5 polis əməkdaşı həlak olub. Hadisədən sonra hücumun məsuliyyətini “Ceyş ül-Ədl” adlı etnik və dini separatçı qrupun götürdüyü məlum olub. Avqustun 27-də isə İran polis qüvvələrinin əməliyyatı nəticəsində onlardan 14-ü zərərsizləşdirilib.






