İranda bu səbəbdən 23 ton balıq tələf oldu - VİDEO
İranın Yasuc şəhərində yerləşən balıqçılıq mərkəzində elektrik enerjisinin iki dəfə kəsilməsi və generatorların sıradan çıxması ciddi fəlakətə səbəb olub.
Patrulaz.az “Azad İran” teleqram kanalına əsasən xəbər verir ki, ard-arda baş verən elektrik kəsilməsi nəticəsində 23 ton balıq tələf olub.
Məlumata görə, səhər saatlarında yarım saatlıq fasilə zamanı balıqların bir hissəsi oksigensizlikdən boğulub. Əsas təlafat isə axşam saatlarında yaşanıb. Təkrar-təkrar baş verən enerji fasilələri nəticəsində generator da sıradan çıxıb, bu da bütün balıqların məhvinə yol açıb.
Hadisə ilə bağlı yerli ekoloji qurumlar araşdırmalara başlayıb.






