İranda etiraz aksiyalarına hicablı qadınlar da qoşuldu - VİDEO
İranda İslam Respublikası hakimiyyətinə qarşı etiraz aksiyaları artıq 9-cu gündür ki, davam edir.
Patrul.az xəbər verir ki, Tehran, Məşhəd, İsfahan və ölkənin digər şəhərlərində Ali dini lider Ayətullah Əli Xameneinin rejiminə qarşı başlayan etirazlara qadınlar da fəal şəkildə qoşulublar.
Müxtəlif şəhərlərdə keçirilən aksiyalar zamanı etirazçılar “Bu il qan ilidir, Seyid Əli devrilməlidir” kimi şüarlar səsləndiriblər.
İsfahan şəhərində isə etirazlara hicablı qadınların da qoşulması diqqət çəkib. Onlar gözyaşardıcı qazdan istifadə edilirək dağıdılıb.
Bundan əlavə, etirazlar zamanı Ayətullah Əli Xameneinin fotosunun bir polis əməkdaşı tərəfindən yandırıldığı bildirilir.
Qeyd edək ki, aksiyalar zamanı SEPAH qüvvələrinin etirazçılara qarşı sərt müdaxilə etdiyi, hadisələr nəticəsində ölənlərin olduğu barədə məlumatlar yayılıb.






