İranda etirazlarda ölənlər arasında 18 yaşdan kiçik uşaqlar da var
İranda etiraz aksiyalarında ölənlərin sayı 5137 nəfərə çatıb.
Patrul.az xəbər verir ki, dekabrın 28-də başlayan və müxtəlif yaşlarda şəxslərin iştirak etdiyi etirazlarda 32 məktəbli də həlak olub.
Bu barədə İran Azadlıq Radiosu məlumat verib.
Məlumata görə, ölənlərdən 54 nəfəri 18 yaşdan kiçikdir.
Xatırladaq ki, İranda etirazlar 2025-ci il dekabrın 28-də yerli valyutanın xarici valyutalara qarşı kəskin devalvasiyası və ölkədəki iqtisadi problemlər səbəbindən başlayıb.






