İranda futbolla bağlı cadugərlik edən iki nəfər saxlanılıb
İranda futbolla bağlı cadugərlik edən iki nəfər saxlanılıb.
Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, İran Futbol Federasiyasının sözçüsü Əmir Mehdi Ələvi ölkəsində futbol sahəsində cadugərliklə məşğul olduqları iddia edilən iki nəfərin saxlanıldığını bildirib.
Ələvin məlumatına görə, futbol sahəsində cadugərliklə bağlı araşdırmalar çərçivəsində 50-dən çox şəxs ifadəyə çağırılıb. Dövlət televiziyasına danışan federasiya rəsmisi məsələnin ölkədə futbol həyəcanına mənfi təsir göstərməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb.
“Bu cür hallara imkan verməməliyik, çünki futbol ölkədə geniş izləyici kütləsinə malikdir və idman dürüstlüyünü qorumaq vacibdir”, – Əmir Mehdi Ələvi deyib.
Qeyd edək ki, İran mediasının yaydığı xəbərlərə görə, son illərdə bəzi məşqçilər və futbolçular müəyyən matçlarda sehrlərdən istifadə edildiyini, bəzi komandaların isə cadugərlərlə illik müqavilə bağladığını iddia ediblər. Hətta dörd məşqçi cadugərliklə məşğul olduqları səbəbi ilə vəzifələrindən uzaqlaşdırılıb.






