media-inshot_20250728_084925750

İranda 4,9 bal gücündə zəlzələ baş verib.

Patrulaz.az “Azad İran” teleqram kanalına əsasən xəbər verir ki, bu gün səhər saatlarında İranın Buşehr əyalətinin Əsəluye şəhəri yaxınlığında zəlzələ qeydə alınıb.

Məlumata görə, yeraltı təkanların maqnitudası 4,9 bal təşkil edib. Zəlzələnin episentri yerin 21 kilometr dərinliyində yerləşib.

Hazırda təbii fəlakətin törətdiyi dağıntılar və insan tələfatı barədə məlumat yoxdur. Yerli orqanlar ərazidə qiymətləndirmə işlərinə başlayıblar.

Gülbəniz Səfərova


Bənzər xəbərlər