İranda hər gün EDAM: Bu dəfə narkotik qaçaqmalçıları asıldı
Bu gün səhər saatlarında İranın Məşhəd şəhərində yerləşən Vəkilabad zindanında narkotik qaçaqmalçılığı ittihamı ilə məhkum edilmiş 4 nəfər dar ağacından asılaraq edam olunub.
Patrulaz.az “Azad İran” telegram kanalına əsasən xəbər verir ki, edam olunan məhbuslar əvvəllər narkotiklə bağlı cinayətlərdə təqsirli bilinərək ölüm cəzasına məhkum edilmişdilər.
Qeyd edək ki, İranda demək olar ki, hər gün məhbuslar müxtəlif ittihamlarla edam olunur.







