media-inshot_20250718_223316160

İranın Xomeyn şəhərində təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində üç mülki şəxs həlak olub.

Patrulaz.az “Azad İran” telegram kanalına əsasən xəbər verir ki, hadisə iyulun 17-də axşam saatlarında baş verib.

Yerli mediada yayılan məlumatlara görə, hərbi mərkəzin təhlükəsizlik qüvvələri yoldan keçən iki maşından şübhələnib və onlara atəş açıb, nəticədə üç mülki şəxs həlak olub.

Xomeyn şəhərinin inqilab və ümumi prokuroru hadisəni təsdiqləyib. Onun sözlərinə görə, insidentlə bağlı ilkin istintaq başlanılıb, məsul şəxslər artıq saxlanılıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər