İranda hərbi təyyarə qəzaya uğrayıb
İranın Həmədan əyalətində hərbi təyyarənin qəzaya uğradığı, 2 pilotun isə yaralanaraq xilas olduğu bildirilib.
“Patrulaz” xarici KİV-ə istinadən xəbər verir ki, qəzanın səbəblərinin araşdırıldığı bildirilib.
Təyyarənin pilotlarının qəzadan əvvəl təyyarəni tərk etdiyini bildirən Həmədan rəsmisi pilotların yüngül xəsarətlərlə xəstəxanaya aparıldığını bildirib.
Təyyarənin növü ilə bağlı məlumat verilməsə də, lazımi izahatların daha sonra veriləcəyi bildirilib.