media-inshot_20260330_153541731

İranda 50 muzey, o cümlədən Ümumdünya İrs Siyahısına daxil edilmiş Gülüstan sarayı İsrail və ABŞ hücumları nəticəsində zədələnib.

Patul.az xəbər verir ki, İran Mədəniyyət Nazirliyindən bu barədə məlumat verilib.

Qeyd edək ki, Gülüstan sarayı XVII əsrdə inşa olunub, XVIII–XIX əsrlərdə isə Qacarlar sülaləsi dövründə bir neçə dəfə yenidən qurulub.

Sarayın zallarında keramika, silah, geyim, rəsm əsərləri, musiqi alətləri və qədim kitablar daxil olmaqla, geniş kolleksiya yerləşir. Gülüstan sarayı 2013-cü ildə Ümumdünya İrs Siyahısına daxil edilib.


Bənzər xəbərlər