İranda mətbuat konfransı zamanı nazir qaranlıqda qaldı - VİDEO
İranda mədəniyyət və islami irşad naziri Abbas Salehi mətbuat konfransında çıxış edərkən qəfil işıqlar sönüb və zal qaranlığa bürünüb.
Patrulaz.az “Azad İran”a istinadla xəbər verir ki, nazir daha sonra bu hadisəyə münasibət bildirərək ölkədə uzun müddətdir elektrik cərəyanında problemlərin mövcud olduğunu qeyd edib:
“Hamımız bilirik ki, bu günlərdə elektrik enerjisinin verilişində fasilələr olur və bu, yeni xəbər deyil. Amma enerji generatorumuz olmasaydı, Mədəniyyət Nazirliyinin reputasiyası ciddi şəkildə zədələnəcəkdi ki, xoşbəxtlikdən xilas oldu”- deyə nazir bildirib.
Qeyd edək ki, İranın bəzi regionlarında son dövrlərdə elektrik enerjisində fasilələr geniş yayılıb və bu ictimaiyyətin narazılığına səbəb olur.
Gülbəniz Səfərova






