media-04a61923-a741-474c-9653-c791321253b3_cx0_cy4_cw0_w408_r1_s

2025-ci ilin ilk yarısında İranda jurnalistlərə və media qurumlarına qarşı yeni cinayət işləri qaldırılıb.

Patrulaz.az xəbər verir ki, Azad İnformasiya Axınını Müdafiə Təşkilatının yaydığı son hesabatda bildirilib ki, bu müddətdə ölkədə jurnalistlərə və media orqanlarına qarşı ən azı 46 yeni cinayət işi qaldırılıb. Ümumilikdə isə 95 jurnalist və media qurumu 110 hüquqi və təhlükəsizlik təzyiqi ilə üzləşib. Onların arasında ən azı 19-u qadın jurnalistlərdir və bəziləri artıq həbs olunub.

Hesabat müəllifləri qeyd edir ki, yeni seçilmiş prezident Məsud Pezeşkiyanın hakimiyyətə gəlməsindən sonra mediaya qarşı təzyiqlər daha da sərtləşib.

“Azad informasiya axını daha da məhdudlaşdırılıb və ifadə azadlığı sahəsində ciddi geriləmə müşahidə olunur”, – deyə təşkilat vurğulayır.

Qeyd edək ki, İran hökuməti son illərdə tənqidi jurnalistikanı susdurmaq üçün məhkəmə yollarına daha çox müraciət edir.


Bənzər xəbərlər