media-inshot_20250822_163356964

İranın Sistan və Bəluçistan əyalətinin İranşəhr şəhərində polis avtomobilinə silahlı hücum olub.

Patrulaz.az “Azad İran” teleqram kanalına əsasən xəbər verir ki, naməlum şəxslər polis əməkdaşlarının idarə etdiyi “Hilux” və “Samand” markalı avtomobilləri atəşə tutublar. Nəticədə avtomobildə olan 5 polis həyatını itirib.

Yerli mənbələrin bildirdiyinə görə, silahlılar hadisə yerindən polislərə məxsus silahları da aparıblar.


Bənzər xəbərlər