media-inshot_20250901_111332735

İranda təqaüddə olan polis polkovniki özünü yandırmağa cəhd edib.

Patrulaz.az “Azad İran”a əsasən xəbər verir ki, hadisə ölkə parlamentinin binası qarşısında baş verib.

Görüntülərdə özünü yandırmaq istəyən keçmiş polis zabitinin ətrafdakı insanlar tərəfindən müdaxiləsi ilə xilas edildiyi əks olunub.

Məlumata görə, təqaüddə olan polkovnikin özünə qəsd etməsinə səbəb 30 illik xidmətindən sonra ciddi maddi sıxıntılarla üzləşməsi olub. O bildirib ki, aidiyyəti qurumlar ona torpaq və müavinət vəd etsələr də, bu vədlər yerinə yetirilməyib. Hazırda yaşadığı evdən çıxması ilə bağlı məhkəmə qərarı mövcuddur.

Polkovnik qeyd edib ki, illərlə kirayədə yaşayıb və dövlətə xidmət edib, lakin indi elə bir vəziyyətə düşüb ki, öz həyatının yanmasını seyr etməyə məcbur qalıb.


Bənzər xəbərlər