media-inshot_20250804_193640512

İranda elektrik kəsilməsi turistləri havada “asılı” vəziyyətdə qoyub.

Patrulaz.az “Azad İran” teleqram kanalına əsasən xəbər verir ki, İranın Çalus şəhərində yerləşən Nəmək Abrud istirahət kompleksində elektrik enerjisinin anidən kəsilməsi nəticəsində kanat yolundan istifadə edən turistlər səmada asılı vəziyyətdə qalıblar.

Yerli medianın məlumatına görə, qəfil enerji kəsintisi səbəbindən kabinələr havada dayanıb və sərnişinlər bir müddət təhlükə altında qalıb.

Qeyd edək ki, hadisə zamanı xəsarət alan olmasa da, turistlər arasında ciddi narahatlıq yaşanıb.


Bənzər xəbərlər