İranda ticarət mərkəzində güclü yanğın baş verib
İranın Hörmüzqan əyalətinə aid Qeşm adasında yerləşən “Dolphin” ticarət mərkəzində güclü yanğın baş verib.
Patrulaz.az “Azad İran” telegram kanalına əsasən xəbər verir ki, hadisə dünən axşam saatlarında Dərgəhan bölgəsində qeydə alınıb. Yanğın anına dair görüntülər sosial şəbəkələrdə yayılıb.
Şahidlərin sözlərinə görə, yanğının səbəbi bölgədə tez-tez yaşanan elektrik enerjisi kəsintiləri və gərginlik dəyişmələridir.
Qeşm Adası Yanğından Mühafizə İdarəsi bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının miqyası və dəymiş maddi ziyanla bağlı araşdırma aparılır.
Qeyd edək ki, İranın bəzi bölgələrində, xüsusilə yay aylarında elektrik təchizatında nasazlıqlar və qısamüddətli kəsintilər tez-tez yaşanır.
Gülbəniz Səfərova






