İranda zəlzələ oldu
İranın Qorqan şəhərinə yaxın Ağqala bölgəsində 3,8 bal gücündə zəlzələ olub.
Patrulaz.az “Azad İran” teleqram kanalına əsasən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla 19:33:55-də baş verib. Zəlzələnin episentri yerin 22 kilometr dərinliyində olub.
Hadisə bölgədə qısamüddətli təşvişə səbəb olsa da, ilkin məlumatlara görə, dağıntı və tələfat qeydə alınmayıb.
Qeyd edək ki, zəlzələnin episentrinin yerləşdiyi Qolestan vilayətinin seysmik aktiv bölgələrdən biri olduğu vurğulanır.
Gülbəniz Səfərova






