"İrandakı rejim artıq dəyişib" - Tramp
Tramp ABŞ-nin İrandakı işinin iki-üç həftə ərzində başa çatacağını bildirib.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, Tramp ABŞ qüvvələrinin İranı tezliklə tərk edəcəyini və ölkəsinin oradakı missiya bitməzdən əvvəl İranla bağlı razılığa gələ biləcəyini deyib. Onun sözlərinə görə, razılıq əldə olunmasa belə, ABŞ Yaxın Şərqdəki əməliyyatları vaxtında başa çatdıracaq.
ABŞ Prezidenti həmçinin açıqlamasında İrandakı rejimin dəyişdiyini iddia edib:
“İrandakı rejim dəyişib və Vaşinqton indi daha rasional liderlərlə işləyir”, – deyə o, bildirib.
Tramp Hörmüz boğazı ilə bağlı da açıqlama verib:
“İnanıram ki, İranla müharibə tezliklə başa çatacaq və Hörmüz boğazı yenidən açılacaq”.






