media-inshot_20250910_110127053

Azərbaycan dövlət sərhədini pozan İraq vətəndaşı saxlanılıb.

Bu barədə Patrulaz.az-a Dövlət Sərhəd Xidmətinin məlumat verilib.

Bildirilib ki, sentyabr ayının 8-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib.

Həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozan İraq vətəndaşı, 2006-cı il təvəllüdlü Gburi Amir Visman saxlanılıb.


Bənzər xəbərlər