İrandan Əfqanıstana qayıdan avtobus qəzaya uğradı, 76 nəfər həlak oldu - VİDEO
İrandan Əfqanıstana qayıdan miqrantları daşıyan avtobus qəzaya uğrayıb, nəticədə 76 nəfər həyatını itirib.
Patrulaz.az “BBC”yə istinadən xəbər verir ki, hadisə avtobus Kabul şəhərinə gedərkən motosiklet və yanacaq daşıyan yük maşını ilə toqquşması nəticəsində baş verib.
BMT-nin Miqrasiya Agentliyi bildirir ki, bu ilin əvvəlindən bəri İran və Pakistandan Əfqanıstana qayıdan miqrantların sayı təxminən 1,5 milyon nəfərdir.
Qeyd edək ki, bölgədə miqrantların təhlükəsiz daşınması hələ də ciddi problem olaraq qalır.






