"İranın ali dini lideri Müctəba Xamenei huşsuz vəziyyətdədir" - KİV
“İranın ali dini lideri Müctəba Xamenei huşsuz vəziyyətdədir”.
Patrul.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.
Bildirilir ki, Müctəba hazırda idarəçilik edə bilmir və səhhəti ilə əlaqədar Qum şəhərində müalicə alır.
Qeyd edək ki, İsrail və ABŞ tərəfindən İrana qarşı başladılan müharibədən bu yana, o cümlədən martın 8-də təyin olunan Müctəba ictimaiyyət qarşısında görünməyib. Onun adından İran dövlət televiziyası yazılı müraciətlər yayımlasa və süni intellektlə hazırlanmış videolar nümayiş etdirsə də, bu, onun vəziyyəti ilə bağlı şübhələri daha da artırıb.
Xatırladaq ki, Müctəbanın atası və əvvəlki ali lider Ayətullah Əli Xamenei 28 fevral 2026-cı ildə İsrail və ABŞ-nin birgə hava hücumları nəticəsində həlak olub. Müctəba Xamenei də həmin hücumlar zamanı yaralanmışdı.
Gülbəniz Səfərova






