media-inshot_20260410_105919502

İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri və sabiq xarici işlər naziri Kamal Xərrazi aldığı ağır yaralardan dünyasını dəyişib.

Patrul.az İran mediasına isrinadən xəbər verir ki, Xərrazi martın 31-dən aprelin 1-nə keçən gecə Tehrandakı yaşayış evinə endirilən ABŞ və İsrailin birgə hava zərbələri nəticəsində ağır yaralanmışdı.

81 yaşlı diplomat hücumdan sonra komaya düşmüş, 8 gün xəstəxanada müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Həmin hücum zamanı Xərrazinin həyat yoldaşı hadisə yerində həlak olub.

Qeyd edək ki, Xərrazi həm də İranın ali rəhbərinin müşaviri vəzifəsini tuturdu.

Xatırladaq ki, 28 fevral 2026-cı ildə İsrail və ABŞ-nin Tehranın mərkəzində yerləşən “Beyt-e Rəhbəri” iqamətgahına endirdiyi hava zərbələri nəticəsində İranın ali dini lideri Ayətullah Əli Xamenei həlak olub.  Həmin hücum zamanı Xameneinin qızı, nəvəsi, kürəkəni və gəlini də daxil olmaqla ailəsinin bir neçə üzvü də həyatını itirib.


Bənzər xəbərlər