İranın çirkli havası minlərlə insanın ölümünə səbəb olub
İranda havanın çirklənməsi 35 mindən çox insanın ölümünə səbəb olub.
Partrulaz.az “Azad İran” teleqram kanalına əsasən xəbər verir ki, ötən il ölkədə 35 mindən çox ölüm havanın çirklənməsi ilə əlaqələndirilib. Bu ölümlərin iqtisadiyyata vurduğu zərər isə təxminən 14 milyard dollar dəyərində qiymətləndirilir.
Havanın Keyfiyyəti və İqlim Dəyişiklikləri Araşdırma Mərkəzinin direktor müavini Abbas Şahsevəni problem üzrə bu ifadələri işlədib:
“Havanın çirklənməsi yüksək qan təzyiqindən sonra ölüm üçün ikinci əsas risk faktorudur. Maraqlısı odur ki, havanın çirklənməsindən ölənlərin sayı siqaret çəkənlərin səbəb olduğu ölümlərdən də çoxdur”.






