media-inshot_20250902_144324628

İranın paytaxtı Tehranın Sərçəşmə məhəlləsində tükürpədici hadisə baş verib.

Patrulaz.az “Azad İran” Telegram kanalına istinadən xəbər verir ki, dörd nəfər gənc qadını xarabalığa çevrilmiş bir evə apararaq təcavüz edib.

Hadisənin ən dəhşətli tərəfi isə onların törətdikləri cinayəti telefonla videoya çəkməsi olub.

Sözügedən ilkin görüntülər siyasi mühacirətdə yaşayan iranlı jurnalist Məsih Əlinejad tərəfindən “Telegram” kanalında yayımlanıb. Məlumatda qeyd olunur ki, qadın tamamilə müdafiəsiz vəziyyətdə olarkən cinsi zorakılığa məruz qalıb və bütün anlar qəsdən qeydə alınıb.

Hadisə İran ictimaiyyətində böyük rezorans doğurub və ölkədə qadınların təhlükəsizliyi ilə bağlı narahatlıqlar daha da artırıb.


Bənzər xəbərlər