İranla danışıqların “yaxşı” getdiyini bildirən Tramp enerji infrastrukturuna endirəcəyi zərbələri təxirə saldı
ABŞ Prezidenti Donald Tramp İranla sülh sazişi üzrə danışıqların “yaxşı” getdiyini bildirib.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ lideri bu açıqlamasından sonra İrana məxsus enerji infrastrukturuna endiriləcək zərbələrin 10 gün – 6 aprelə qədər təxirə salacağını bildirilib.
“Danışıqlar davam edir və Saxta Xəbər Mediasının və digərlərinin əksini iddia edən səhv açıqlamalarına baxmayaraq, danışıqlar çox yaxşı gedir.
İran hökumətinin xahişinə əsasən xahiş edirəm, bu bəyanat Enerji Stansiyasının məhv edilməsinin müddətini 6 aprel 2026-cı il, bazar ertəsi, saat 20:00-a qədər Şərq vaxtı ilə 10 gün təxirə saldığımı göstərsin”.
Bu açıqlama ABŞ-nin Hörmüz boğazını yenidən açmaq üçün İrana təzyiq göstərdiyi vaxtda verilib.
Xatırladaq ki, bazar günü Tramp Hörmüz boğazı 48 saat ərzində açılmayacağı təqdirdə, İranın öz elektrik şəbəkəsinə hücum etməklə hədələyib.
Qeyd edək ki, Pakistan ABŞ və İran arasında müharibəyə son qoymaq məqsədilə vasitəçilik rolunda çıxış etdiyini, Türkiyə və Misirin də bu prosesə dəstək verdiyini təsdiqləyib.
Gülbəniz Səfərova






