media-inshot_20260410_132541292

İrana qarşı aparılan hərbi əməliyyatlarda yaralanan ABŞ hərbçilərinin sayı açıqlanıb.

Patrul.az xəbər verir ki, əməliyyatların başlanmasından bu günədək 381 ABŞ hərbçisi yaralanıb.

Bu barədə Panteqon məlumat verib.

Bildirilib ki, yaralananların böyük əksəriyyəti birbaşa döyüş toqquşmaları zamanı xəsarət alıb.

Yaralıların qoşun növləri üzrə bölgüsü belədir:

– 231 nəfər quru qoşunları hərbçisi, 63 nəfər dənizçi,

– 33 nəfər pilot (aviasiya heyəti)

– 19 nəfər dəniz piyadası.

Məlumata görə, tibbi yardımdan sonra yaralıların əksəriyyəti sağalaraq yenidən xidmətə qayıdıb.

Bununla yanaşı, döyüş əməliyyatları və qəzalar nəticəsində pilotlar arasında ölüm faktları da qeydə alınıb. Rəsmi məlumatlara əsasən, İraqın qərbində yanacaqdoldurma təyyarəsinin qəzaya uğraması nəticəsində 6 ekipaj üzvü –  pilotlar və texniki heyət həlak olub.

Ümumilikdə isə əməliyyatın başlanğıcından bəri ABŞ-nin 15 hərbçisinin həlak olduğu təsdiqlənib.


Bənzər xəbərlər