İranlı idmançılar cinsi təcavüz ittihamı ilə HƏBS OLUNUB
İranlı idmançılar və məşqçi Cənubi Koreyada keçirilən Asiya Atletika Çempionatı zamanı cinsi təcavüz ittihamı ilə həbs olunublar.
Patrulaz.az “Abdimedia”ya istinadən xəbər verir ki, hadisə 2025-ci ilin may ayının sonunda Gumi şəhərində baş verib. İddialara görə, İranın atletika yığmasının iki üzvü — Masud Kamran və Hüseyn Rəsuli, həmçinin məşqçi Əmir Moradi 20 yaşlı koreyalı qadınla bar yaxınlığında tanış olaraq onu hotelə aparıblar və orada cinsi təcavüz ediblər. Zərərçəkmişin polisə müraciətindən sonra hər üç şəxs hadisə yerində saxlanılıb və istintaq davam edir .






