media-inshot_20260508_201352286

“İranlılar heç vaxt təzyiq qarşısında boyun əyməyəcəklər”.

Patrul.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkəsində yazıb.

O, bu açıqlamanı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Hörmüz boğazında Amerika gəmilərinə edilən hücumlara cavab olaraq İranın hərbi obyektlərinə zərbələr endirməsindən sonra verib.

Əraqçi bildirib ki, Vaşinqton diplomatik həll imkanları yarandığı vaxt hərbi addımlara üstünlük verir:

“Hər dəfə diplomatik həll yolu masada olduqda, ABŞ ehtiyatsız hərbi macəraya əl atır. Səbəb nə olursa olsun, nəticə eynidir: iranlılar heç vaxt təzyiq qarşısında boyun əymirlər”, – deyə o əlavə edib.

Nazir həmçinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin İranın raket potensialı ilə bağlı hesabatlarını da rədd edib:

“Raket inventarımızın və buraxılış qurğularımızın sayı 28 fevral ilə müqayisədə 75 faiz deyil. Düzgün rəqəm 120 faizdir. Xalqımızı müdafiə etməyə hazırlığımıza gəldikdə isə bu göstərici 1000 faizdir”, – deyə o əlavə edib.


Bənzər xəbərlər