İsa Məsihin məzarı gün üzünə çıxdı…
İsanın məzarı əsrlər sonra ilk dəfə açıldı.
Patrulaz.az “xarici KİV”ə istinadən xəbər verir ki, Yerusəlimdə yerləşən müqəddəs qəbir lilsəsində İsa Məsihin dəfn olunduğuna inanılan orijinal qaya səthi əsrlər sonra ilk dəfə açılıb. Bu nadir hadisə konservasiya və bərpa işləri çərçivəsində baş verib.
National Geographic-in eksklüziv hesabatına görə, məzarın qaya səthi 1555-ci ildən etibarən mərmər plitələrlə örtülü olub. Layihə çərçivəsində araşdırma aparan Afina Milli Texniki Universitetinin mütəxəssisləri türbənin alt hissəsinə daxil olaraq bu tarixi səthi üzə çıxarıblar.
“Yunanıstan mühafizə qrupu, bildiyimiz qədər, bunu ilk dəfə açır. Bu olduqca müstəsna hadisədir,” – deyə layihədə iştirak edən arxeoloq Fredrik Hiebert “Live Science”a açıqlamasında bildirib.
Xatırladaq ki, İncilə əsasən, İsa Məsih qaya divarından yonulmuş mağarada dəfn edilib və həmin yerin sonradan Müqəddəs qəbir kilsəsinə çevrildiyi bildirilir.
Gülbəniz Səfərova