İşlədiyi mərkəzdə halı pisləşən kişi vəfat etdi
Masallı rayonunda 40 yaşlı kişi işlədiyi istirahət mərkəzində vəfat edib.
Patrulaz.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ötən gün səhər rayonun Lürən kənd sakini Şükürov Elvin Əlibala oğlunun səhhəti iş yerində qəfil pisləşib.
O, tibbi yardım göstərilənədək vəfat edib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.






